Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı açıqlanıb

Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı açıqlanıb

COVID-19-a 2595 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər vəfat edib

 

Azərbaycanda koronavirusdan (COVID-19) 1073 nəfər müalicə olunaraq sağalıb, 2595 yeni yoluxma faktı qeydə alınıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 276 min 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 244 min 540 nəfər müalicə olunaraq sağalıb, 3780 nəfər vəfat edib. Aktiv xəstə sayı 28144 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 963 min 12 test aparılıb. Bugünkü test sayı isə 14593-dür.

Müəllif: Ayna.az      7 Aprel 2021 14:46
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin