Əsas səhifə Haqqımızda Xəbər lenti

Putinin Paşinyanla müzakirə edəcəyi mövzular – Qarabağ, seçki...

Putinin Paşinyanla müzakirə edəcəyi mövzular – Qarabağ, seçki...

Paşinyanın Putinlə Moskva görüşü 7 aprel tarixində baş tutacaq

 

“Tərəflər Qarabağla bağlı razılaşmaları, bölgədəki nəqliyyat infrastrukturunun blokdan çıxarılmasını, hazırda Ermənistanda başlayan seçki prosesi və Rusiya-Ermənistan əməkdaşlığının digər aktual məsələlərini müzakirə edəcəklər”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya gözlənilən səfərini şərh edərkən deyib.

 

Peskovun sözlərinə görə, Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü 7 aprel tarixində baş tutacaq: “Bəli, təsdiq edə bilərəm ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya işgüzar səfəri aprelin 7-nə planlaşdırılıb. Baş nazir Prezident Putinlə danışıqlar aparacaq. Bilirsiniz ki, Rusiya ilə Ermənistan arasında ən yüksək səviyyədə çox fəal dialoq gedir. Əlbətdə, ilk növbədə Qarabağdakı hərbi əməliyyatlara son qoyan üçtərəfli razılaşmaların və üçtərəfli sənədin icrasının gedişatı müzakirə ediləcək”.

 

Putinin sözçüsü görüşün ikitərəfli formatda olacağını, hələ üçtərəfli danışıqların planlaşdırılmadığını izah etdi.

Müəllif: Ayna.az      2 Aprel 2021 15:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin