Əsas səhifə Haqqımızda Xəbər lenti

Qaxda qanunsuz ov edən turistlər cərimələnib - RƏSMİ

Qaxda qanunsuz ov edən turistlər cərimələnib -       RƏSMİ

Nazirlik Qaxda ov edən ərəb turistlərlə bağlı məlumat yayıb 

 

Qax rayonunun Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

AYNA xəbər verir ki, bunu xidmətin rəisi Hikmət Əlizadə bildirib.

 

Onun sözlərinə görə, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələniblər.

Müəllif: Ayna.az      25 Mart 2021 19:15
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin