Əsas səhifə Haqqımızda Xəbər lenti

Təhsil Nazirliyindən direktorluğa qəbul barədə açıqlama

Təhsil Nazirliyindən direktorluğa qəbul barədə açıqlama

Bu il direktor işinə qəbulu imtahanlarında namizədlərin sayı rekord həddə olub

 

Bu il direktorların işə qəbulu imtahanları bir sıra yeniliklərlə yadda qalıb. Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, bu il ilk dəfə olaraq fevralın 19 və 25-də direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanları keçirilib.

 

Bu ilki imtahanlarda rekord sayda – 2683 namizəd iştirak edib. Namizədlərə müsabiqə ilə bağlı detallı imtahan proqramı, izahlı test tapşırığı nümunələri təqdim olunub. Elektron sənəd qəbulu mərhələsindən əvvəl vakant yerlərlə tanış olmaq imkanı yaradılıb. Bütün imtahan mərkəzlərində hər seans başa çatdıqdan sonra namizədlər 10 dəqiqə ərzində təqdim olunan test tapşırıqlarının düzgün və yanlış cavabları ilə tanış olublar. Həmçinin imtahanlar başa çatdıqdan sonra namizədlərin şəxsi səhifələrinə müvafiq test tapşırıqları göndərilib, bu isə onların hamin suallara verdikləri cavablarla rahat şəkildə tanış olmalarına şərait yaradıb.

 

İmtahanlar başa çatdıqdan sonra 1 gün ərzində namizədlərin şəxsi səhifələrinə imtahan nəticələrinin təhlili göndərilib. Hər bir namizəd şəxsi səhifəsinə daxil olaraq ümumi imtahan nəticəsi ilə yanaşı, həmçinin onunla eyni nəticə göstərmiş namizəd sayı ilə tanış ola bilib.

Müəllif: Ayna.az      24 Mart 2021 20:06
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin