Əsas səhifə Haqqımızda Xəbər lenti

AŞPA-nın yaz sessiyası hibrid formatda keçiriləcək

AŞPA-nın yaz sessiyası hibrid formatda keçiriləcək

Sessiya aprelin 19-dan 22-dək davam edəcək

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası hibrid formatda keçiriləcək. AYNA xarici mediaya istinadən bildirir ki, aprelin 19-dan 22-dək davam edəcək yaz sessiyasında Almaniyanın Nazirlər Kabinetinə sədrliyi çərçivəsində Almaniyanın Federal Kansleri Angela Merkel və xarici işlər naziri Heyko Maas çıxış edəcəklər.

 

Avropa Parlamentinin sədri David Sassoli, Moldova Respublikasının Prezidenti Maya Sandu, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçi də yaz sessiyasında çıxışları gözlənilir.

 

Sessiyada müzakirə olunacaq mövzular arasında Avropa Şurasının strateji prioritetləri ilə bağlı Assambleyanın baxışı, insan hüquqlarının pozulması, Belarusda seçki islahatlarının zəruriliyi kimi məsələlər də yer alır.

 

Müəllif: Ayna.az      24 Mart 2021 09:44
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin