Əsas səhifə Haqqımızda Xəbər lenti

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb

Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatıb, bölgələrə qar yağır

 

Saat 19:00-a olan məlumata əsasən səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.

 

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, küləyin maksimal sürəti Salyan, Neftçalada 28 m/s, Tərtərdə 25 m/s, Qəbələdə 24 m/s, Naftalanda 23 m/s, Nabran, Quba, Ağstafa, Beyləqan, Xaçmazda 20 m/s, Biləsuvar, Balakəndə 18 m/s, Hacıqabul, Yardımlı, Ağdamda 16 m/s, Şəkidə 15 m/s, Maştağa, Bakıda 35 m/s, Qum adasında 33 m/s, Sumqayıtda 30 m/s, Neft Daşlarında 29 m/s, Ələt, Pirallahıda 28 m/s, Çilov adasında 26 m/s, Binədə 24 m/s-dək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.

 

Quba, Xaltan, Şabranda yağış, Xaçmaz, Qusar, Şahdağda qar yağır.

Müəllif: Ayna.az      7 Mart 2021 19:54
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin