Əsas səhifə Haqqımızda Xəbər lenti

Paşinyan Qasparyanı həbs etdirmək istəyir: cinayət işi açılıb

Paşinyan Qasparyanı həbs etdirmək istəyir: cinayət işi açılıb

Baş Qərargah rəisi isə Konstitusiya Məhkəməsinin qərarı xaricində vəzifəsini tərk etməyi planlaşdırmır

 

Ermənistan hakimiyyəti silahlı qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı həbs etmək niyyətindədir. AYNA xəbər verir ki, bu barədə Ermənistanın "Armlur" portalı məlumat yayıb.

 

Portal qeyd edir ki, generala qarşı cinayət işi açılıb, amma hansı maddələrlə olduğu bilinmir. Güman olunur ki, Qasparyan qarşı cinayət işi hərbi çevrilişə cəhddə ittiham olunur.

 

Bununla yanaşı, Baş Qərargah Qasparyanla bağlı açıqlama yayıb. Bildirilib ki, Baş Qərargah rəisi Ermənistan Konstitusiya Məhkəməsinin qərarı xaricində vəzifəsini tərk etməyi planlaşdırmır.

 

“General-polkovnik Onik Qasparyan vətənə və xalqa xidmətini davam etdirir", - açıqlamada qeyd edilib.

 

Qeyd edək ki, Ermənistan ordusunun Baş Qərargahı Paşinyan və hökuməti istefaya çağıran bəyanat verdikdən sonra işğalçı ölkədə siyasi böhran kəskin mərhələyə qədəm qoydu. Bu fonda Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərarı Prezidentə təqdim etdi. Sarkisyan isə qərarı təsdiqləməkdən imtina etdi.

Müəllif: Ayna.az      3 Mart 2021 14:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin