Əsas səhifə Haqqımızda Xəbər lenti

Yeni Zelandiyada 7 günlük karantin elan edilib

Yeni Zelandiyada 7 günlük karantin elan edilib

Məhdudiyyətlər bazar günündən etibarən başlayacaq

 

Yeni Zelandiya Baş naziri Casinda Ardern ölkənin ən böyük şəhəri olan Oklənddə aşkarlanan və mənbəyi bəlli olmayan cəmi bir koronavirusa yoluxma faktına görə şəhərdə yeddi günlük karantin elan edib.

 

AYNA “Qafqazinfo"ya istinadən xəbər verir ki, Baş nazir ölkənin qalan ərazisində ikinci səviyyə məhdudiyyətlər tətbiq olunacağını bildirib.

 

Məhdudiyyətlər bazar günündən etibarən başlayacaq və bir həftə davam edəcək.

 

Təxminən iki milyon əhalisi olan Oklənd şəhəri fevralın ortalarında üç nəfərlik ailədə koronavirusun Britaniya ştammının aşkarlanmasından sonra üçn günlük karantinə alınmışdı.

 

Qeyd edək ki, ölkədə ümumilikdə 2 min 372 koronavirusa yoluxma faktı aşkarlanıb. Ölüm sayı cəmi 26-dır. Ümumilikdə 2 min 280 nəfər koronavirusa qalib gəlib. Aktiv xəstə sayı 66-dır.

Müəllif: Ayna.az      28 Fevral 2021 07:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin