Əsas səhifə Haqqımızda Xəbər lenti

Rəsmi Ankara Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

Rəsmi Ankara Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

XİN: “Dünyanın gözü qarşısında yaşanan Xocalı qətliamının səbəb olduğu yaraların hələ də təzə olduğunu bilir”

 

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb. AYNA xəbər verir ki, XİN-in rəsmi saytında yerləşdirilən açıqlamada bildirilib ki, Azərbaycanın Yuxarı Qarabağ ərazisindəki Xocalı şəhərinə Ermənistan tərəfindən tətbiq edilən hücumda, 106 qadın, 63 uşaq və 70 yaşlı olmaqla 613 günahsız Azərbaycan vətəndaşının vəhşicəsinə qətlə yetirildiyi bildirilib.

 

Qətliamın 29-cu ildönümü ilə əlaqədar verilən açıqlamada 1000-dən çox insanın Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyü və itkin düşənlərin taleyinin hələ də bilinmədiyi vurğulanıb: “26 fevral 1992-ci il tarixində Ermənistan Respublikasının qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə hücum edilib. Dünyanın gözü qarşısında yaşanan Xocalı qətliamının səbəb olduğu yaraların hələ də təzə olduğunu bilir, can Azərbaycanın dərdini qəlbimizin ən dərin hissəsində hiss edir və bölüşürük. Xocalıdakı insanlıqdan kənar qətliamda həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, əziz Azərbaycan xalqına bütün səmimiyyətimizlə başsağlığı verir və həyatını itirənlərin əziz xatirələri qarşısında hörmətlə baş əyirik. Azərbaycanın işğal altındakı ərazilərini azad edən və köçkün düşmüş təxminən bir milyon azərbaycanlının evinə yol açan Vətən Müharibəsində həyatını itirən şəhidləri bir daha rəhmət və hörmətlə anırıq”.

Müəllif: Ayna.az      26 Fevral 2021 14:33
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin