Əsas səhifə Haqqımızda Xəbər lenti

XİN sözçüsü bir qrup əcnəbi jurnalistlə görüşüb

XİN sözçüsü bir qrup əcnəbi jurnalistlə görüşüb

Leyla Abdullayeva: "Əcnəbi jurnalistlə görüşmək və onlara mövcud regional vəziyyət barədə məlumat verməkdən məmnun oldum"

 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ölkədə səfərdə olan əcnəbi jurnalistlərlə görüşüb.

 

AYNA-nın xəbərinə görə, bu barədə XİN sözçüsü “Twitter”də bildirib.

 

“Azərbaycanda səfərdə olan bir qrup əcnəbi jurnalistlə görüşmək və onlara mövcud regional vəziyyət barədə məlumat verməkdən məmnun oldum. Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Ermənistanın insanlığa qarşı cinayətinin cəzasız qalmasına xüsusi diqqət ayırdıq”, - XİN sözçüsü qeyd edib.

Müəllif: Ayna.az      25 Fevral 2021 19:56
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin