Əsas səhifə Haqqımızda Xəbər lenti

Qazilərimizin müayinəsi davam etdirilir

Qazilərimizin müayinəsi davam etdirilir

Müayinə prosesini türkiyəli həkimlər həyata keçirirlər

 

"YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər Vətən müharibəsində ağır yaralanmış qazilərimizin müayinələrini davam etdirirlər.

 

Fonddan AYNA-ya verilən məlumata görə, həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var.

 

Xatırladaq ki, “YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.

Müəllif: Ayna.az      24 Fevral 2021 15:51
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin