Əsas səhifə Haqqımızda Xəbər lenti

Paytaxtda sığınacaq çadırları qurulur

Paytaxtda sığınacaq çadırları qurulur

İsinməyə ehtiyacı olanlar burada həm isti çay içə, həm yemək yeyə, həm də dincələ biləcəklər

 

Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır. AYNA xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyindən məlumat verilib.

 

Bildirilib ki, çadırların quraşdırılması Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.

 

Memoranduma əsasən, şəhərin 4-5 yerində xüsusi çadırların quraşdırılmasına başlanılıb.

 

Hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar burada həm isti çay içə, həm yemək yeyə, həm də dincələ biləcəklər. Bunun üçün bütün şərait yaradılacaq. Çadırlar qarlı hava şəraitinin bütün günlərində açıq olacaq. Bu işə nəzarəti RİİB-in könüllüləri və icra hakimiyyətinin əməkdaşları edəcək.

Müəllif: Ayna.az      24 Fevral 2021 12:09
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin