Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakı-Qazax yolunda zəncirvari qəza: 10-dan çox avtomobil toqquşub

Bakı-Qazax yolunda zəncirvari qəza: 10-dan çox avtomobil toqquşub

Hadisə nəticəsində bir nəfər ölüb, yaralananlar var, nəqliyyat vasitələrinə ziyan dəyib

 

Bakı-Ələt-Qazax magistral yolunda onlarla avtomobilin iştirakı ilə yol qəzası olub. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə magistral yolun Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.

 

Şahidlərin sözlərinə görə, yolların buz bağlaması səbəbindən 30-ya yaxın avtomobil toqquşub.

 

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

 

Xatırladaq ki, ötən gün Milli Hidrometeorologiya Xidməti ölkədə temperaturun aşağı düşəcəyi, qarlı və çovğunlu hava şəraitinin olacağı və yolların buz bağlayacağı barədə xəbərdarlıq edib.

 

Beləliklə, dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti yollarda nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

 

Magistral yolda 10-dan çox avtomobilin iştirakı ilə baş verən qəzada ölən və yaralananlar var.  Bunu isə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

 

“Hazırda əməkdaşlar hadisə yerindədir. Baş verən qəzada VAZ-2107 markalı avtomobildə bir nəfər ölüb. Ölən şəxsin kimliyi hələ məlum deyil”, - deyə o qeyd edib.

Müəllif: Ayna.az      24 Fevral 2021 10:52
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin