Əsas səhifə Haqqımızda Xəbər lenti

Avroliqada həftənin ən yaxşı futbolçusu açıqlanıb

Avroliqada həftənin ən yaxşı futbolçusu açıqlanıb

Bruno Fernandes həftənin ən yaxşısı elan edilib

 

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

 

AYNA xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Bruno Fernandes həftənin ən yaxşısı elan edilib.

 

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Portuqaliyalı futbolçu İspaniyanın “Real Sosyedad” klubuna 4:0 hesabıyla qalib gəldikləri oyunda dubla imza atıb.

 

Qeyd edək ki, həftənin ən yaxşısı adına “Tottenhem”dən (İngiltərə) Qaret Beyl, “Hoffenhaym”dan (Almaniya) Munas Dabbur və Zaqreb “Dinamo”sundan (Xorvatiya) Bruno Petkoviç də namizəd idi.

Müəllif: Ayna.az      20 Fevral 2021 05:22
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin