Əsas səhifə Haqqımızda Xəbər lenti

BNA avtoxuliqanlıq edən sürücü ilə bağlı məlumat yayıb

BNA avtoxuliqanlıq edən sürücü ilə bağlı məlumat yayıb

Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır

 

Axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun sürücünün avtoxuliqanlıq etməsinə dair fakt qeydə alınıb.

 

AYNA xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev məsələ ilə bağlı açıqlama yayıb.

 

O bildirib ki, bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında avtobusun Bakı Nəqliyyat Agentliyinə məxsus olması barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb:

 

“Məlumat üçün bildirik ki, avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi “Xaliq Faiqoğlu” MMC-yə aiddir. 10 TG 816 dövlət qeydiyyat nişanlı avtobus 114 nömrəli müntəzən xətt üzrə istismardadır.

 

Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır. Xətt üzrə daşıyıcı “Xaliq Faiqoğlu” MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb. Məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Müəllif: Ayna.az      5 Fevral 2021 04:26
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin