Əsas səhifə Haqqımızda Xəbər lenti

Ciddi dəyişikliklərin anonsu

Ciddi dəyişikliklərin anonsu

Prezidentin açıqlamalarından belə aydın olur ki, fərqli idarəetmə sisteminə keçilir

 

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirakı çərçivəsində Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib və ölkə başçısının müsahibəsi cəmiyyətdə ciddi rezonans doğurub. Bu müsahibəsində o, bir neçə qurumun adını çəkərək, onlara sərt xəbərdarlıq edib. Prezidentin bu çıxışından sonra cəmiyyətdə belə gözləntilər yaranıb ki, adları çəkilən qurumların rəhbərləri tezliklə vəzifələrindən uzaqlaşdırılacaqlar. Həmçinin, bir çox siyasətçilər, ekspertlər də sosial şəbəkələrdə başlanan müzakirələrdə əsas vurğunu ona yönəldiblər ki, bu çıxış həm də Prezidentin yeni idarəçilik modelinə keçid aldığının anonsu sayıla bilər.

 

Ölkə rəhbərinin açıqlamalarını AYNA-ya şərh edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, Prezident məmurların müasir standartlar üzrə fəaliyyət göstərməsinin lazım olduğunun açıq mesajını verib: “Bunlar da şəffaflıq, hesabatlılıq və cavabdehlik standartlarına uyğun fəaliyyət göstərməklə bağlıdır. Həmçinin, cənab Prezident bəzi hallarda bir çox məsələləri dövlət etikasına uyğun olaraq açıq söyləməsə də, bir mesaj da verdi ki, artıq bir çox məmurlar situasiyadan sui-istifadə etməyə cəhd edərsə, onlarla bağlı görülən tədbirlər cəmiyyət qarşısında təqdim ediləcək. Yəni, bu prosesin özündə də şəffaflıq olacaq”.

Картинки по запросу

Hüquqşqnas bəzi hallarda bəzi məmurlar tərəfindən subordinasiya qaydalarına əməl edilmədiyini vurğulayıb: “Məsələn, baxmayaraq ki, Elmar Rüstəmov Mərkəzi Bankın sədridir və Prezident qarşsında birbaşa hesabatlı olan şəxslərdən biridir, bütün fəaliyyəti haqqında məlumat verməlidir, amma buna rəğmən, populistcəsinə Şuşada Mərkəzi Bankın regional ofisinin yaradılması ilə bağlı açıqlama verir, amma bu haqda tabe olduğu şəxsləri məlumatlandırmır. Çünki belə bir təklif əvvəlcə qurumun İdarə Heyətində müzakirəyə çıxarılmalıdır, qərar verilməlidir və daha sonra Prezidentə məruzə edilməlidir. Həmçinin, bu addım Mərkəzi Bankın vəsaitinin səmərəsiz xərclənməsinə də gətirib çıxara bilər. Çünki Mərkəzi Bankın Şuşada filial açmasına ehtiyac yoxdur və qurumun fəaliyyətinə hansısa müsbət töhfə verməyəcək, gəlirlərini artırmayacaq, əksinə, səmərəsiz olacaq və fayda verməyəcək. Halbuki, Mərkəzi Bank ölkədə makroiqtisadiyyatın sabitliyini təmin edən əsas alətlərdən biridir. Eyni zamanda, Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətinə aid olan bir qurumdur və onun gəlirləri xərclər çıxıldıqdan sonra dövlət büdcəsinə keçməlidir və ya dövlət borcunun idarəedilməsi ilə bağlı proseslərdə iştirak etməlidir”.

 

“Sonuncu büdcə müzakirələri zamanı da Prezident xarici borcların azadılması və bununla bağlı müvafiq maliyyə mənbələrinin taplması haqqında tapşırıq verdi. Yaxşı, Mərkəzi Bankın bu qədər şəxsi vəsaiti varsa, elə o vəsaiti Prezidentin qeyd elədiyi prosesin yerinə yetirilməsinə yönəltsin, nəninki Şuşada regional mərkəzin, yaxud da Bakıda yeni binanın tikilməsinə. Məlum olduğu kimi, Mərkəzi Bankın yeni binasının tikilməsinə 450 milyon manat vəasitin sərf edilməsi nəzərdə tutulub. Halbuki, bu məbləğlə Qarabağda bütöv bir şəhərin salınmasını təşkil etmək olardı”, - Nuriyev qeyd edib.

 

O, işğaldan azad edilmiş ərazilərlə bağlı Prezidentin aydın strategiyası olduğunu söyləyib: “Ki, bu məsələ həm də Şuşanın timsalında özünü göstərdi. Yəni, məlum oldu ki, artıq quruculuq işlərində yeni yanaşmalar lazımdır. Yeni yanaşmalar da “ağıllı kənd”lərin, “ağıllı şəhər”lərin yaradılmasını zəruri edir. Məsələn, vaxtı ilə bir sıra hallarda ayrı-ayrı məmurlar tərəfindən torpaqların mənimsənilməsi baş vermişdi, lakin bunların hamısına son qoyulacaq. Həm də ölkə başçısı buna adekvat olaraq işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə formasını gətirdi ki, bu da xüsusi nümayəndəlik insitutunun yaradılması və idarəetmədə təkmilləşmənin, struktur dəyişikliyinin baş verməsinin göstəricisi idi. Eyni zamanda, gələcəkdə yerli icra hakimiyyəti orqanlarının da xüsusi nümayəndələr insitutuna transformasiya edilməsini görə bilərik. Məlum olduğu kimi, qərarların qəbul edilməsi prosesində yerli icra hakimiyyətlərinin işi mürəkkəb idi, çoxsaylı narazılıqlar var idi və.s Lakin xüsusi nümayəndəlik həm çevik olacaq, həm də qərarların qəbul edilməsi və hazırlanması prosesində inkluzivliyi təmin edəcək. Yaxın günlərdə xüsusi nümayəndəliklə bağlı əsasnamə də qəbul ediləcək və çox güman ki, əsasnamədə idarəetmənin yeni hüquqi vəziyyəti də göstəriləcək. Ki, bu da çox əhəmiyyətli məsələdir”.

 

“Həmçinin, Prezident son çıxışlarında bir daha nümayiş etdirdi ki, bütün məsələləri xalqla məsləhətləşərək, xalqın düşüncə və fikrilərini alaraq həyata keçirir və onun ən böyük məsləhətçisi xalq və xalqdan gələn mesajlardır. Bu da idarəetmədə şəffaflıq prizması baxımından çox vacibdir və müsair idarəetmənin əsas alətlərindən biridir. Eyni zamanda, başqa bir məsələ də odur ki, işğaldan azad edilən ərazilərdə yeni idarəetmənin tətbiqi, həm də gələcəkdə Azərbaycanın bütövlükdə əsas idarəetmə formalarından biri olacaq. Yəni, bu tətbiq azad edilmiş ərazilərdə sınaqdan keçiriləndən sonra bütün ölkə üzrə transformasiyasının baş verməsi həyata keçiriləcək. Ona görə də ölkə başçısı məmurlara bir daha öz yerini göstərdi ki, Qarabağla bağlı təşəbbüslə çıxış edən məmurlar öz yerlərini bilsinlər. Çünki azad edilmiş ərazilərlə bağlı komissiya yaradılıb və komissiyaya Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir. Ölkə başçısı həm də məmurlara bütün məsələlərin onun vasitəsi ilə mərkəzləşmiş qaydada həyata keçirilməsinin mesajını verdi. Yəni, ondan kənarda özbaşınalıq etmək olmaz və məlumatlar məhz Samir Nuriyevin rəhbərlik etdiyi komissiya vasitəsi ilə olmalıdır”, - deyə Nuriyev diqqətə çatdırıb.

 

Müsahibimiz Qarabağda bərpa işlərinin hansı ardıcıllıqla baş verməsinə də toxunub: “Ölkə başçısının müsahibəsindən aydın oldu ki, bərpa işləri prosesində əvvəlcə ərazilər minadan təmizlənəcək, daha sonra dəymiş zərər analiz ediləcək, həmçinin infrastrutkur və paralel olaraq məcburi köçkünlərin qayıdışı prosesi həllini tapacaq. Bu günlərdə Prezident iqtisadiyyatın inkişafı ilə bağlı sərəncam imzaladı və sərəncamda da əsas məslələrdən biri böyük qayıdışla bağlı idi ki, əhalinin məskunlaşması məhz işğaldan əvvəlki səviyyəyə gəlib çatsın. Təbii ki, bunun üçün də geniş infrastrutkur, yeni iş yerlərinin yaradılması, təhlükəsizliyin təmin edilməsi lazımdır. Hesab edirəm ki, sadalanan bütün hədəflərə çatmaq üçün ən mühüm məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə bütöv quuculuq işlərinin aparılması və iqtisadiyyatın dirçəldilməsinə verilən töhfələr olacaq”.

Картинки по запросу

Respublikaçı Alternativ Partiyasının (ReAL) Siyasi Komitəsinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, Prezidentin müsahibəsində ən vacib məqamlar Azərbaycanın indiki idarəetmə sisteminin vaxtının sona çatması ilə bağlıdır. “Yəni, artıq bu idarəetmə sistemində qarşıya qoyulan problemləri həyata keçirmək mümkün deyil. Ki, əslində bu çıxış da həmin məsələnin etirafı idi. Ona görə də köklü idarəetmə islahatları ilə bağlı addımların atılacağına və yeni idarəetmə mexanizminin tətbiq edilməyə başlanacağına ümid yaranır”.

 

“Həmçinin, maraqlı məqamlardan biri də yerli idarəetmə sistemi ilə bağlı idi. Çünki Prezident də bildirdi ki, azad edilmiş ərazilərə xüsusi nümayəndəsini təyin edib, icra başçısı yox. Ki, bu da icra hakimiyyəti institutunun artıq sıradan çıxdığının, nüfuzdan düşdüyünün və funksiyalarını normal yerinə yetirmədiyinin işarəsi idi. Çünki indiyə qədər onlarla icra başçısı işdən çıxarılıb, həbs edilib, amma bu sahədə yenə də ciddi problemlər olub. Ona görə də Prezident məmurlara açıq mətnlə bildirdi ki, məmurların məqsədi heç də Şuşada mərkəz açmaq deyil, onların məqsədləri Şuşa kimi tarixi mədəniyyət ocağında, təbiət qoynunda torpaq sahəsi ələ keçirməkdir”.

 

“Çünki həmin qurumların Şuşada açmaq istədiyi regional mərkəzlərin heç bir mənası və məntiqi yoxdur. Ona görə də bu xəbərdarlığı tək xəbərdarlıq kimi yox, həm də artıq sistemin, oyun qaydalarının dəyişməsi zamanının yetişdiyi kimi də xarakterizə etmək olar”, - deyə ekspert vurğulayıb.

 

Cəfərlinin fikrincə, vəziyyət deyildiyi kimi acınacaqlıdırsa, artıq idarəetmənin yanaşması tamamilə dəyişdirilməlidir: “Bunun da yolu Konstitusiya islahatlarından, yerli özünü idarəetmənin və vətəndaş nəzarətinin gücləndirilməsindən keçir. Ki, buna Prezident tərəfindən də çağırış edildi. Bunun da yolları bəllidir: vətəndaş cəmiyyəti güclənməlidir, media güclənməlidir, yerli özünü idarəetmə güclənməlidir, Parlamentin funksiyaları və nəzarət mexanizmləri artırımalıdır. Çünki ictimai nəzarətin ən ali forması elə Parlamentdir. Bir sözlə, problemlərin artıq bir-bir dilə gətirilməsi, məsələnin kifayət qədər ciddi olmasından xəbər verir”.

Müəllif:      4 Fevral 2021 18:43
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin