Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda karantin yumşaldılıb: şəhərlərarası gediş-gəliş bərpa olundu

Azərbaycanda karantin yumşaldılıb: şəhərlərarası gediş-gəliş bərpa olundu

Bir sıra ictimai iaşə obyektləri açılır, şəhərlərarası və rayonlararası hərəkət bərpa olunur

 

Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub. AYNA xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

 

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində  şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

 

Bu gün eyni zamanda, muzey və sərgi salonları açılır, ticarət obyektlərinin fəaliyyəti bərpa olunur, bərbərxana və gözəllik salonlarının fəaliyyətinə icazə verilir.

 

Bununla belə, xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır.

Müəllif: Ayna.az      25 Yanvar 2021 00:18
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin