Əsas səhifə Haqqımızda Xəbər lenti

Sosial şəbəkələrdə DİN-in adından saxtakarlıq edilir

Sosial şəbəkələrdə DİN-in adından saxtakarlıq edilir

Nazirlik sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

 

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib. Bu barədə AYNA-ya DİN-dən bildirilib.

 

Xəbərdarlıq mətnində deyilir: “Son günlər nazirliyin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən, o cümlədən özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik”.

 

“İctimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri fəaliyyət göstərir”, - deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az      21 Yanvar 2021 12:59
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin