Əsas səhifə Haqqımızda Xəbər lenti

Britaniyada COVID-19-la bağlı rekord göstərici

Britaniyada COVID-19-la bağlı rekord göstərici

Koronavirus can almağa davam edir 

 

Böyük Britaniyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 1 820 nəfər artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ən böyük gündəlik artım olub.

 

AYNA xarici mətbuata istinadən bildirir ki, son 24 saat ərzində ölkədə 38 905 nəfər COVID-19-a yoluxub.

 

Pandemiyanın başladığı vaxtdan indiyədək Britaniyada 3,5 milyondan çox insan koronavirusa yoluxub, 93 290 xəstə isə vəfat edib.  

Müəllif: Ayna.az      21 Yanvar 2021 02:28
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin