Əsas səhifə Haqqımızda Xəbər lenti

Fransa səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Fransa səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Zakari Qross: “130-dan çox dinc nümayişçi və ətrafdakı sadə insanlar öldürüldülər”

 

Fransanın Azərbaycandakı səfiri Zakari Qross 20 Yanvar faciəsilə bağlı tvit yazıb. AYNA-nın xəbərinə görə, səfir həmin gecə sovet qoşunlarının məhz dinc sakinlərə atəş açmasını da qeyd edib.

 

“1990-cı ilin bu günü sovet qoşunları Bakıda insanlara atəş açdı. 130-dan çox dinc nümayişçi və ətrafdakı sadə insanlar öldürüldülər. İki ildən az müddət sonra isə Azərbaycan Sovet İttifaqının tərkibindən çıxaraq, öz müstəqilliyini elan etdi”, - diplomat qeyd edib.

Müəllif: Ayna.az      20 Yanvar 2021 15:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin