Əsas səhifə Haqqımızda Xəbər lenti

Yararsız mineral sular məhv edilib

Yararsız mineral sular məhv edilib

Aparılan müayinələr nəticəsində mineral suyun tələblərə cavab vermədiyi müəyyən olunub

 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Xarici ölkələrdən Azərbaycana idxal edilən yeyinti məhsulları risk əsaslı ekspertizaya cəlb edilir.

 

AQTA-dan AYNA-ya bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Tiflis bazar” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Gürcüstandan ölkəmizə idxal olunan “Gudauri” əmtəə nişanlı mineral suyundan götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilib.

 

Aparılan müayinələr nəticəsində mineral suda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.

 

Bununla əlaqədar olaraq istifadəyə yararsız “Gudauri” əmtəə nişanlı 0,25 litrlik qablaşdırmada ümumi sayı 570 ədəd, 1,5 litrlik qablaşdırmada ümumi sayı 192 ədəd mineral su məhsulu partiyası “Təhlükəli tullantılar” poliqonunda məhv edilib.

Müəllif: Ayna.az      14 Yanvar 2021 16:59
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin