Əsas səhifə Haqqımızda Xəbər lenti

Putin fransalı həmkarı ilə telefonla danışıb

Putin fransalı həmkarı ilə telefonla danışıb

Prezidentlər sabah keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər

 

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.  AYNA xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidmətindən bildirilib.

 

Xəbərdə qeyd edilib ki, prezidentlər telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçiriləcək üçtərəfli görüşü müzakirəyə çıxarıblar.

 

Fransa Prezidenti Rusiyanın Dağlıq Qarabağ nizamlanmasını təşviq etmək səylərini dəstəklədiyini bildirib.

Müəllif: Ayna.az      10 Yanvar 2021 17:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin