Əsas səhifə Haqqımızda Xəbər lenti

Gələn ilin bayram günləri açıqlanıb

Gələn ilin bayram günləri açıqlanıb

Baş nazir Əli Əsədov qərar imzalayıb 

 

Nazirlər Kabineti 2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında qərar verib.

 

AYNA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 13, 14-ü Ramazan bayramı, iyulun 20, 21-i Qurban bayramı günləri müəyyən edilib.

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər iş günü hesab edilmir.

Müəllif: Ayna.az      5 Dekabr 2020 12:11
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin