Əsas səhifə Haqqımızda Xəbər lenti

Bundesliqada yeni mövsümün başlama tarixi açıqlanıb

Bundesliqada yeni mövsümün başlama tarixi açıqlanıb

İlk turun matçları 13-15 avqustda keçiriləcək

 

Futbol üzrə Almaniya Bundesliqasında 2021/22 mövsümünün başlayacağı və başa çatacağı tarixlər müəyyənləşib.

 

AYNA xəbər verir ki, bu barədə Almaniya Futbol Liqasının (DFL) rəsmi saytı məlumat yayıb.

 

Yeni mövsümə avqustun 13-də başlaması start veriləcək. İlk turun matçları 13-15 avqustda keçiriləcək. Bundesliqada qış fasiləsi isə dekabrın 19-da başlayacaq və yanvarın 7-dək davam edəcək. Ölkə çempionatı mayın 14-də başa çatacaq.

 

Yeni mövsümün ilkin təqvimi Almaniya Futbol İttifaqının (DFL) rəyasət heyəti tərəfindən bu gün təsdiqlənib.

Müəllif: Ayna.az      4 Dekabr 2020 23:54
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin