Əsas səhifə Haqqımızda Xəbər lenti

“Bəzilərində COVID-19-un simptomları var, amma test neqativ çıxır”

“Bəzilərində COVID-19-un simptomları var, amma test neqativ çıxır”

Akif Qurbanov: “Nəticəsi neqativ olan şəxslər yenə də qorunma tədbirlərinə əməl etməlidirlər”

 

Bəzi  hallarda şəxslərdə koronavirusun (COVID-19) bütün simptomları, əlamətləri özünü göstərsə də, analizlərin nəticəsi neqativ çıxır və həmin şəxsdə xəstəlik olmadığını göstərir. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in tibbi-elmi komitəsinin sədri Akif Qurbanov deyib.

 

“Belə olan halda isə bilməliyik ki, həmin neqativ nəticələr yalançı nəticələr ola bilər və biz buna görə də həmişəki kimi qorunma və özünütədric tədbirlərinə əməl etməliyik. Ona görə ki, həm özümüzü, həm də başqalarını qoruya bilək”, - deyə TƏBİB rəsmisi vurğulayıb.

 

Müəllif: Ayna.az      2 Dekabr 2020 15:06
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin