Əsas səhifə Haqqımızda Xəbər lenti

Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb

Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb

I, II və III dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat təqaüd müəyyən edilib

 

Azərbaycanın bütövlüyü uğrunda şəhid olan şəxslərin ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləği məlum olub. AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib.

 

Onun sözlərinə görə, şəhid ailəsinin şəxsin şəhid statusu müəyyən edildiyi gündən aylıq məbləği 300 manat olan təqaüd almaq hüququ var: “Eyni zamanda, müharibə zamanı əlilliyi olan şəxslər I, II və III dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat təqaüd müəyyən edilib”.

Müəllif: Ayna.az      1 Dekabr 2020 15:29
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin