Əsas səhifə Haqqımızda Xəbər lenti

Ermənilər daha bir tarixi məscidimizi tövləyə çeviriblər

Ermənilər daha bir tarixi məscidimizi tövləyə çeviriblər

Mədəniyyət nazirinin birinci müavini “Twitter”də paylaşım edib

 

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal illərində daha bir məscidimizə qarşı etdiyi vandalizmlə bağlı məlumat verib. AYNA xəbər verir ki, A.Kərimov bu barədə “Twitter” hesabında paylaşım edib.

 

“Erməni işğalı nəticəsində Füzuli rayonunun Qoçəhmədli kəndindəki XVIII əsrə aid məscid məhv edilib və həmişəki kimi, heyvanlar üçün istifadə edilib. Ümid edirəm ki, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər”, - deyə A.Kərimov vurğulayıb.

Müəllif: Ayna.az      30 Noyabr 2020 18:13
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin