Əsas səhifə Haqqımızda Xəbər lenti

Teymur Rəcəbov mübarizəni dayandırıb

Teymur Rəcəbov mübarizəni dayandırıb

Qrossmeyster ikinci gündə eyni uğuru təkrarlaya bilməyib

 

Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Skillinq open" turnirindəki çıxışını başa vurub.

 

AYNA xəbər verir ki, 1/4 finalın ilk görüşündə ABŞ-dan olan rəqibi Uesli Sonu məğlub edən 33 yaşlı qrossmeyster ikinci gündə eyni uğuru təkrarlaya bilməyib.

 

Ümumi hesab bərabərləşdiyindən tərəflər tay-brek oynayıblar. Burada da heç-heçə qeydə alındığından qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Burada rəqibinə uduzan Rəcəbov onlayn turnirlə vidalaşıb.

Müəllif: Ayna.az      27 Noyabr 2020 07:13
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin