Əsas səhifə Haqqımızda Xəbər lenti

“Əbabil quşları”na qarşı mübarizə yolları axtarılır - Hərb qanunları dəyişdi

“Əbabil quşları”na qarşı mübarizə yolları axtarılır -         Hərb qanunları dəyişdi

Hakan Kılıç: “Hava hücumundan müdafiə sistemləri dronları qabaqlamaqda çətinlik çəkəcək”

 

Azərbaycan Ordusunun Qarabağda istifadə etdiyi Türkiyə istehsalı pilotsuz uçuş aparatları (PUA) istismarda olan hava hücumundan müdafiə sistemlərinin müasir müharibə tələbləri ilə uyğunsuzluğunu ortaya çıxardı. Bunu AYNA-ya türkiyəli hərbi ekspert Hakan Kılıç deyib.

 

Onun sözlərinə görə, erməni tərəfində olan Rusiya və Sovet hava hücumundan müdafiə sistemləri böyük hədəfləri – hərbi təyyarələri aşkar etmək və vurmaq üçün hazırlanıb: “Bu sistemlər, Rusiyanın “Pantsir” sistemi kimi, yavaş uçan və çox kiçik təyyarələrin aşkarlanması və vurulması üçün daha da inkişaf etdiriləcək. Ruslar bu barədə “Bahar qalxanı” əməliyyatı və İdlibdəki dərsdən sonra düşünməyə başladılar”.

Ankara Haberleri - Askeri Havacılık Araştırmacısı Kılıç: Hava savunmada  S-400, balistik füze savunmasında Patriot - Yerel Haberler

Ekspertə görə, hava hücumundan müdafiə sistemlərinin PUA-ları qabaqlaması çətin olacaq: “Çünki pilotsuz təyyarələr klassik hava müdafiə sistemlərindən daha sürətli inkişaf edir. Gələcək müharibələrdə bunun şahidi olacağıq. Görünən odur ki, yaxın gələcəkdə pilotsuz təyyarələrlə mübarizə aparan yeganə, həqiqətən təsirli vasitə - qırıcılar olacaq. Döyüşən tərəflərdən birinin aviasiya sahəsində üstünlüyü varsa, dron vasitəsilə aparılan əməliyyatlar çətinləşəcək”.

 

Qarabağdakı aktiv döyüş əməliyyatları zamanı “Bayraktar”ların istifadəsi məsələsinə Kılıçın fikrincə, Azərbaycan hərbi aviasiyası Ermənistan Hərbi Hava Qüvvələri ilə bərabər və ya onlardan üstün olmasaydı, PUA-lardan istifadə indiki qədər effektli olmayacaqdı: “Digər tərəfdən, TB-2-ni qiymətləndirməmək olmaz, çünki insani itkilərin qarşısını almaq üçün böyük uğurlar əldə edildi. Yəni hava məkanının, daha doğrusu hava-yer missiyalarının ayrılmaz bir hissəsi olduqlarını sübut etdilər. İndi dünya öyrəndi ki, Türkiyə istehsalı PUA-ları dayandıra biləcək qırıcılar olmasa, tankları və zirehli maşınları, hətta, mobil ballistik raketləri belə, qoruya bilməyəcəklər”.

 

Alçaq yüksəklikli və kiçik ölçülü pilotsuz təyyarələrlə mübarizə aparmaq üçün, mütəxəssisin qənaətincə, yeganə təsirli vasitə yüksək enerjili lazer və aşağı hündürlük üçün hazırlanan çoxlüləli silah sistemləri səmərəli ola bilər: “Ancaq bütün bu şərtlər yerinə yetirilsə belə, yəni hava qüvvələrini və zenit raket sistemlərini, radarları və yerdəki komandanlıq sistemlərini inteqrasiya etmədən, hər birinin tapşırıqları çərçivəsində ümumi bir mənzərə əldə etmədən, aşağı hündürlükdə hava müdafiə sistemləri ilə dolduraraq havadan üstünlüyü təmin etmək effektiv olmayacaq”.

 

“Təkcə düşmən manevrlərini tapmaq üçün kəşfiyyat aparmaq və müşahidə etmək deyil, eyni zamanda ROKETSAN MAM-L və s. kimi ağıllı sursatların istifadəsi də pilotsuz təyyarələri olan bir ölkə üçün kritik əhəmiyyətə malikdir. PUA-lar elektron müdaxilələrə qarşı mübarizə, havadakı vaxta nəzarət və fasiləsiz məlumat ötürülməsini təmin etmək baxımından ortaq əməliyyat mərkəzi ilə işləməlidir. Çünki təsbit edilən hədəflərin çoxu bir hücum PUA-sı və ya kamikadze gəlməsini gözləmədən yerini dəyişə bilər. Başqa sözlə, şəkli real vaxt rejimində davamlı olaraq görməli və hədəf görmə sahəsinə girən kimi onu məhv etməlisən”, - deyə H.Kılıç vurğulayıb.

Müəllif: Yusif Poladov      27 Noyabr 2020 13:17
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin