Əsas səhifə Haqqımızda Xəbər lenti

Makrondan Dağlıq Qarabağla bağlı etiraf: “Azərbaycan ərazisidir”

Makrondan Dağlıq Qarabağla bağlı etiraf: “Azərbaycan ərazisidir”

Fransa Prezidenti: “Suveren dövlətdən istək yoxdursa, bu məsələyə qarışmayın”

 

Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib. Onun bu etirafı “İnstagram” hekayəsində yer alıb.

 

AYNA xəbər verir ki, bu barədə Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva özünün “Facebook” sosial şəbəkəsində məlumat verib.

 

M.Fətəliyeva Makronun çıxışından da sitat gətirib. Fransa Prezidenti yeddi rayonun Azərbaycana aid olduğunu bildirib.

 

O deyib ki, beynəlxalq hüquqa əsasən bu ərazilər Azərbaycana məxsusdur. Makron vurğulayıb ki, bu rayonlar Azərbaycan ərazisidir: “Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də, suveren dövlətdən istək yoxdursa, bu məsələyə qarışmayın”.

Müəllif: Ayna.az      22 Noyabr 2020 21:18
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin