Əsas səhifə Haqqımızda Xəbər lenti

“Şuşa əməliyyatı “300 spartalı” kimi əfsanəyə çevriləcək” - Aleksey Xlopotov

“Şuşa əməliyyatı “300 spartalı” kimi əfsanəyə çevriləcək” -         Aleksey Xlopotov

Rusiyalı hərbi ekspert: “Azərbaycanın məlumat sızmalarının qarşısını necə ala bildiyinə heyranam”

 

Rusiyanın tanınmış hərbi eksperti Aleksey Xlopotov AYNA-ya özəl müsahibə verib. O, Qarabağda Vətən müharibəsi və Şuşanın azad olunması əməliyyatından danışıb. Beləliklə:

 

- Türkiyə və İsrail pilotsuz təyyarələrinin Qarabağda istifadəsindən sonra zirehli texnika, raket sistemi, hava hücumundan müdafiə sistemləri və ballistik raketlərə ehtiyacın praktik olaraq aradan qalxdığına dair fikirlər formalaşıb. Belə yanaşma nə dərəcədə düzgündür? Tanklar və ümumiyyətlə zirehli teznikanı hərb sisteminin dünəni hesab etmək olarmı?

 

- Doğrudan da, bu gün mediada oxşar fikirlər yer almaqdadır. Ancaq bu, tamamilə qeyri-peşəkar, həvəskar bir yanaşmadır. Müharibə öz-özünə aparılmır. Və bir qayda olaraq, bəzi ərazilərin ələ keçirilməsi üçün və müəyyən mənbələr əldə etmək üçün ərazidə “piyada Vanya” yerləşməyincə, həmin ərazinin ələ keçirildiyi və ya əksinə, azad edildiyi elan edilə bilməz. Və bu “Vanya” ağır zirehli, topçular, tanklar, hava hücumundan müdafiə sistemlərinin köməyi olmadan sağ qala bilməz.

Военэксперт: Армению оставили тет-а-тет с Азербайджаном

Ümumiyyətlə, Qarabağda PUA-ların bu qədər geniş istifadəsi yalnız şərti insanlı aviasiya istismarı üçün şərait olmadığından mümkün olmuşdu. Öz növbəsində, bu şərtlər münaqişənin hər iki tərəfinin inkişaf etmiş bir hava hücumundan müdafiə sisteminə sahib olması səbəbindən meydana gəldi. “M-46”, “Msta-B”, “Malka” və “Smerç”, “Qrad”, TOS kimi ağır silahlar strateji yüksəkliklərdə qurulmuş istehkamları toza çevirməsəydi, Azərbaycan əsgərləri heç bir yerə irəliləyə bilməzdilər.

 

Bəli, hər iki tərəfdəki tanklar ağır itki verdi. Ancaq bunlar birbaşa birinci sırada olduqları üçün baş verdi. Məhz tanklar atəşi üz üzərinə çəkdi. Çoxdan diqqət çəkən bir həqiqət var: döyüş meydanında bir tank çıxan kimi hamı və hər şey ona atəş etməyə başlayır. Bəs, nə olur? Bu vəziyyətdə, piyadalara hücumun qarşısı alınır, tank onlara müdafiə və manevr üçün şərait yaradır.

 

Məsuliyyətlə bildirirəm ki, tanklar olmadan irəliləyiş mümkün deyildi. Ancaq, bəli, tankların göydən hücum edən hava hücum silahlarına, döyüş sursatlarına qarşı zəif olduqları çox açıq-aydın şəkildə ortaya çıxdı. Amma mütəxəssislər bu “Axilles dabanı”nı çoxdan bilirlər. Bu, bütün tanklar və digər yerüstü nəqliyyat vasitələri üçün bir problemdir. Bu problemə hələlik heç kim köklü bir həll yolu tapmayıb. Bəli, müxtəlif aktiv qoruma və kamuflyaj kompleksləri inkişaf etdirilir. Ancaq bunlar hələ də çox zəif həyata keçirilir. Məhz ona görə ki, bu cür silahlara qarşı təsirlər hələ də sual altındadır. Və çox bahalıdır. İstehsalı və istifadəsi mürəkkəb və şıltaqdır. Bəlkə də, gələcəkdə yeni fiziki prinsiplərə əsaslanan bir növ qrup qoruma sistemi olacaq. Ancaq bu, təkrar edirəm, hələ də gələcəkdir. Eyni zamanda, “zireh”i keçmiş saymaq olmaz. Bəli, günün tələbinə qarşı daha zəifdir. Ancaq bu, müdafiə vasitələri ilə hücum vasitələri arasındakı əbədi bir mübarizə prosesidir. İndi hücum silahları yenidən önə keçir. Bəs, nə qədər müddətə? Sual, necə deyərlər, ritorikdir.

 

- Gələcəyin müharibələrində pilotsuz təyyarələr, topçular, raket sistemləri hansı yeri tutacaq? Necə qarşılıqlı əlaqədə olacaqlar?

 

- Necə? Daha sıx! Həqiqət budur ki, artıq on illərdir hərbi nəzəriyyəçilər arasında ROK və RUK adlanan komplekslərdən danışılır. Bunlar kəşfiyyat-atəş və kəşfiyyat-zərbə kompleksləridir. Əgər atəşi məhvetmə vasitələri ilə hər şeyimiz qaydasında olubsa, kəşfiyyat vasitələri ilə, təəssüf ki, problemlər vardı. İndi PUA-lar bizə belə bir fürsət verir. Ümumiyyətlə, pilotsuz təyyarələr rəqəmsal döyüş sahəsinin çox vacib bir hissəsinə çevrilib. Artıq onlar yalnız aşkarlama və bələdçilik vasitəsi kimi deyil, özləri də zərbə vasitəsinə çevrilib.

PUA (Dron) nədir? PUA-ların təsnifatı – ARAŞDIRMA | Hokm.Az

1991-ci ili xatırlayaq. İraq əməliyyatı, “Səhra Fırtınası”… Koalisiya aviasiyası Səddamın “Skud” qurğularına dəqiq silahlarla - hava bombaları və idarəolunan raketlərlə zərbələr endirdi. Bəs, bu raketlər və bombaların düşəcəyi nöqtəni kim göstərirdi? Bunun üçün düşmənin arxasında xüsusi təyinatlı qüvvələrdən və digər elit birliklərdən ibarət xüsusi qrupları fəaliyyət göstərirdi. Böyük bir risklə hərəkət etdilər və itki verdilər. İndi bu işi heç kimin görmədiyi və eşitmədiyi elektrik motorlu kiçik bir təyyarə həyata keçirə bilər.

 

İndi “Şəbəkə müharibələri” termini hamının dilindədir. Bu, hər bir iştirakçının - bir əsgər və ya bir tank, yaxud bir PUA və ya bir raket – digərləri ilə birlikdə fəaliyyət göstərən ayrı bir birlik olduğu döyüş növüdür. Bu vəziyyətdə komanda rəhbərliyi döyüş sahəsinin vəziyyətini real vaxt rejimində əldə edə bilər. Müvafiq olaraq, indi hərbi işlərdə ən perspektivli sahələrdən biri - rəqəmsal döyüş meydanı üçün rahat və sabit idarəetmə sistemlərinin yaradılması və bütün mümkün vahidlərin (yunitlərin) bu cür sistemlərə inteqrasiyasıdır.

 

- Sizcə, indi nəyə daha çox diqqət yetiriləcək: atəş gücünə (kalibrli), yoxsa məlumat ötürmə kanalının dəqiqliyi və təhlükəsizliyinə? Çünki PUA-lar da indi topçular üçün bələdçi rolunu oynayır.

 

- Hər hansı bir avtomobil - istər işə getdiyiniz adi bir kiçik maşın olsun, istərsə də strateji müdafiə sistemi - müəyyən dərəcədə kompromis deməkdir. Dizaynerin sənəti bu kompromisi tapmaqdır. Müasir döyüşçünün sənəti bu mübadiləni bilmək və istifadə etməkdir. Əsas hiylə vəziyyətdən asılı olaraq, xüsusiyyətlərini vəziyyətə uyğunlaşdıraraq dəyişdirən bir növ uyğunlaşma sistemi yaratmaqdır. Eyni zamanda qeyd etmək istəyirəm ki, PUA-lar hər şey və hər kəs üçün dərman deyil. Bu, sistemin yalnız bir hissəsidir. Eyni zamanda, bizə elə gəlir ki, pilotsuz təyyarələr indi hər şeyi edə bilər. Ancaq belə deyil. Hələ mükəmməllikdən çox uzaqdırlar.

 

Əslində, biz yalnız döyüş əməliyyatlarının robotlaşdırılması yolunun başlanğıc mərhələsindəyik. Ancaq etik problemləri həll etmək məcburiyyətindəyik. Günümüzdə “robotlar” deyilənlərin çoxu, əslində, tam olaraq robotlar deyil. İçlərində süni zəka yoxdur. Müəyyən proqramlara, alqoritmlərə görə işləyir, hətta, daha çox uzaqdan da olsa, bir şəxs tərəfindən idarə olunurlar. Ancaq texnologiyaların inkişafı ilə döyüş vasitələrinin yaradılmasında etik problemlər tam çılpaqlığı ilə görünəcək. “Terminator” kimi filmlərdə göstərilənlər daha sonra real həyatda peyda ola bilər.

 

- Qarabağdakı son müharibə hərbi elmdə təkamül nöqteyi-nəzərindən nəyi göstərdi? Dronların kütləvi istifadəsindən başqa hansı yeniliklər qeyd edildi?

 

- Ümumiyyətlə, Qarabağdakı döyüşlər klassika olaraq xarakterizə edilə bilər. Burada dünya hərbi sənətinə gətiriləcək hər hansı bir xüsusi yeniliyə diqqət yetirilmədi. PUA-nın kütləvi istifadəsi daha çox özəl amildir. Düşünmürəm ki, Azərbaycan komandanlığı əməliyyatları planlaşdırarkən onlara böyük ümid bəsləyib. Digər tərəfdən, qlobal tendensiyalar çox həssaslıqla hiss olunurdu – bu, əhəmiyyətli üstünlüklərlə nəticələndi.

 

Hazırlıq tədbirlərinin maskalanmasında, məlumat təcridində və məlumat müharibəsində böyük uğuru qeyd etmək lazımdır. Məlumat sızmalarının qarşısını necə ala bildiyinizə heyranam. Artilleriya da özünü çox yüksək səviyyədə göstərdi. Maraqlı taktikalardan biri “An-2” “kukuruznik”  - kənd təsərrüfatında işlədilən təyyarələrin radio ilə idarə olunması və nəticədə düşmənin hava müdafiəsi sistemlərinin yerini bəlli etməyə imkan verməsi oldu. 

 

Azərbaycanın dağ xüsusi təyinatlıları bu müharibədə qəhrəmanlıq səhifəsi yazdılar – Şuşanın əlbəyaxa döyüşlərdə, bıçaq və tapançalarla hücumunu heç kim gözləmirdi. Bir əsgərin cəsarətini “yenilik” adlandırmağa adamın dili dönmür. Ancaq heç kim belə bir addım gözləmirdi. Bu hücum tezliklə “300 spartalı” kimi əfsanəyə çevriləcək.

 

Gələcəkdə PUA-ların imkanlarını genişləndirmək üzərində düşünməyə dəyər. Onlara qarşı effektiv şəkildə mübarizə aparmağın yollarını da unumaq olmaz. Yeni, daha inkişaf etmiş və effektiv hava hücumundan müdafiə sistemlərinin inkişafı labüddür. Kəşfiyyat vasitələrinin təkmilləşdirilməsi və mina partlayıcı maneələrin aşılması da prioritet olmalıdır. Bu müharibədə erməni minasına tuş gələn Azərbaycan tanklarının sayı heç də az olmadı. Ümumiyyətlə, ordunun inkişafı baxımından düşünmək üçün çox mövzu var.

Müəllif: Yusif Poladov      19 Noyabr 2020 16:58
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin