Əsas səhifə Haqqımızda Xəbər lenti

MN: Düşmən kvadrokopteri məhv edilib

MN: Düşmən kvadrokopteri məhv edilib

Müdafiə Nazirliyi məlumat yayıb

 

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

 

"Tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib", - açıqlamada qeyd olunub.

Müəllif: Ayna.az      26 Oktyabr 2020 18:18
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin