Əsas səhifə Haqqımızda Xəbər lenti

Baş Prokurorluq: Gəncədə istintaq-əməliyyat tədbirləri həyata keçirilir

Baş Prokurorluq: Gəncədə istintaq-əməliyyat tədbirləri həyata keçirilir

Gəncə yenidən raket atəşinə tutulub

 

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

 

Baş Prokurorluqdan AYNA-ya bildirilib ki, düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində növbəti dəfə cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən Cavadxan qəsəbəsini raket atəşinə tutması nəticəsində şəhər sakinləri arasında xəsarət alanlar olub və mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.


Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

 

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir.

Müəllif: Ayna.az      17 Oktyabr 2020 02:47
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin