Çində fəlakət: onlarla insan öldü, yüzlərlə ev dağıldı

Çində fəlakət: onlarla insan öldü, yüzlərlə ev dağıldı

120 nəfər təxliyə edilib

 

Çində dəhşətli hadisə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Çin Dövlət Televiziyasının (CCTV) məlumatına görə, ölkənin şərqində baş verən fırtına səbəbiylə 22 nəfər həyatını itirib, 10 nəfər isə itkin düşüb.

 

Fırtınanın səbəb olduğu leysan bir çox ərazilərdə həyəcana səbəb olub. 120 nəfərin başqa ərazilərə təxliyə edildiyi bildirilib.

 

Ümumilikdə isə fırtına nəticəsində 200 ev dağılıb, 3 min 200 ev isə tamamilə məhv olub.

 

Yerli hidrometroloqların verdiyi məlumata görə bir çox ərazilərdə də bu gün və sabah fırtınanın davam edəcəyi gözlənilir.

 

Qeyd edək ki, fırtınanın fəsadlarına görə bölgədə nəqliyyat sisteminin fəaliyyəti dayandırılıb, bir çox uçuşlar ləğv edilib.

Müəllif: Ayna.az      12 Avqust 2019 20:19
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin