Lüksemburqu tornado vurdu: Yaralılar var - VİDEO

Lüksemburqu tornado vurdu: Yaralılar var  -       VİDEO

100-dən çox evə zərər dəyib

 

Belçika ilə sərhəddə yerləşən Lüksemburqu tornado vurub. AYNA “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Başaraj və Petanj yaşayış məskənlərində əsən qasırğa binalarda ciddi fəsadlara yol açıb. Azı 7 nəfər yaralanıb. Bir sıra fərdi yaşayış evləri və supermarketlərə ziyan dəyib.

 

Qasırğa 100-dən çox evin damını uçurub.

 

Müəllif: Ayna.az      10 Avqust 2019 04:31
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin