Əsas səhifə Haqqımızda Xəbər lenti

Ərdoğanın müşaviri: “Minsk Qrupu Ermənistana təzyiq edir”

Ərdoğanın müşaviri: “Minsk Qrupu Ermənistana təzyiq edir”

İbrahim Kalın: “Hamı bilir ki, həll yolu nədən ibarətdir”

 

“Ermənistan yenidən azərbaycanlıların suverenliyini pozur. İnanıram ki, bu münaqişə sülh danışıqları yolu ilə bitəcək”. AYNA xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın bu sözləri “TRT World”ə müsahibəsində deyib. O, bildirib ki, Ermənistan sülhün bərqərar olmasında maraqlı tərəf deyil və əksinə, Azərbaycan torpaqlarında təcavüzkar siyasətini davam etdirir: “Bu işğal dayandırılmalıdır. Hamı bilir ki, həll yolu nədən ibarətdir”.

 

Ərdoğanın müşaviri ATƏT-in Minsk Qrupunun fəaliyyətindən danışıb və bir daha Türkiyənin mövqeyini bəyan edib: “ATƏT-in Minsk Qrupu Ermənistana təzyiq edir ki, beynəlxalq hüquq norma və prinsiplərinin pozuntusunu dayandırsın. Biz Ermənistan və ya digər bir ölkənin Azərbaycana qarşı hücumunun əleyhinəyik və hər zaman Azərbaycan xalqının və Azərbaycan hökumətinin yanındayıq”.

Müəllif: Ayna.az      28 Sentyabr 2020 20:37
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin