“Bu, demokratiyanın təntənəsi olacaq”

“Bu, demokratiyanın təntənəsi olacaq”

Millət vəkili Hikmət Babaoğlu Türkiyədə keçiriləcək bələdiyyə seçkisini şərh edib.

Türkiyədə 23 iyunda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar iki namizəd – Binəli Yıldırım və Əkrəm İmamoğlu canlı yayında debata çıxdılar. Maraqlıdır, bu debatın Türkiyədə olduğu qədər Azərbaycanda da maraqla izlənilən seçki prosesinə nə kimi təsiri olacaq? Azərbaycan siyasiləri bu debatı effektli hesab edirlərmi?

 

AYNA-nın bu sualını Milli Məclisin deputatı Hikmət Babaoğlu cavablandırıb.

 

Millət vəkili bu debatı yüksək siyasi mədəniyyət nümunəsi kimi qiymətləndirib: “Hər şeydən öncə bu debatı yüksək siyasi mədəniyyət nümunəsi kimi qiymətləndirir və təqdir edirəm. Eyni zamanda dost və qardaş ölkədə keçiriləcək bu mühüm seçki hadisəsi ərəfəsində siyasi etika xatirinə kifayət qədər diqqətli olmağımızın gərəkli olduğunu düşünürəm”.

Картинки по запросу hikmət babaoğlu

 

“Hər iki namizəd təkcə İstanbulun deyil, bütövlükdə Türkiyənin məsələlərinə toxundular. Doğrudan da İstanbul o qədər böyük iqtisadi, mədəni və sosial mərkəzdir ki, onun inkişafını, problemlərini və həllini yalnız ümümilli kontekstdə qiymətləndirməklə doğru nəticələrə gəlmək olar” – deyə deputat vurğulayıb.

 

H.Babaoğlunun fikrincə, İstanbul seçicisi nəyi doğru hesab edəcəksə, hansı qərarı qəbul edəcəksə, bu, elə demokratiyanın təntənəsi olacaq.

Müəllif: İbrahim Məmmədli      19 İyun 2019 15:50
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin