Əsas səhifə Haqqımızda Xəbər lenti

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb

Neftin qiymətində ucuzlaşma müşahidə olunub

 

Amerika Neft İnstitutunun (APİ) ABŞ-da neft ehtiyatlarının həcminin artması barədə verdiyi açıqlama "qara qızıl"ın qiymətlərinə təsirsiz ötüşməyib. 

 

AYNA xəbər verir ki, bu gün Böyük Britaniyanın paytaxtı Londonun “İCE Furutes” birjasında keçirilən hərracda “Brent” markalı neftin 1 bareli 0,8% ucuzlaşaraq 41,4 ABŞ dollarıa satılıb (ötən gün isə 0,7% ucuzlaşma ilə qiymət 41,72 ABŞ dollarına düşüb).

 

ABŞ-ın Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin 1 bareli 0,95% ucuzlaşaraq 39,42 ABŞ dollarına realizə edilib. Halbuki ötən gün həmin neftə dair oktyabr müqaviləsinin dəyəri 0,7% artaraq 39,6 ABŞ dollarına, noyabr müqaviləsinin dəyəri isə yenə də 0,7% artaraq 39,8 ABŞ dollarına çatmışdı. 

 

Ötən gün APİ 11-18 sentyabr tarixləri ərzində ölkədəki neft ehtiyatlarının 691 min barel artdığını, benzin ehtiyatlarının isə 7,7 milyon barel, distilat ehtiyatlarının da 2,1 milyon barel azaldığını açıqlayıb. “S&P Global Platts” xəbər verir ki, ekspertlərin fikrincə, benzin ehtiyatları 1,9 milyon barel azalıb, distilat ehtiyatları isə 1,2 milyon barel artıb. Bu gün axşam veriləcək rəsmi məlumatda ötən həftə neft ehtiyatlarının 4 milyon barel azalmasının bildiriləcəyi gözlənilir.

 

Qeyd edək ki, ABŞ-ın Meksika körfəzi sahilləri avqustun axırında Laura tropik qasırğasının, ötən həftə Salli tropik qasırğasının, dünən isə Beta qasırğasının zərbələrinə tuş gəldiyi üçün sözügedən bölgədə neft hasilatı qurğularının 7,1%-nin fəaliyyəti dayandırılmışdı.

Müəllif: Ayna.az      23 Sentyabr 2020 18:19
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin