Əsas səhifə Haqqımızda Xəbər lenti

Qubanın məktəblərində COVID-19-la bağlı monitorinqlərə başlanılıb

Qubanın məktəblərində COVID-19-la bağlı monitorinqlərə başlanılıb

Rayon ərazisində koronavirusun qarşısının alınması məqsədilə 140 mobil qrup da fəaliyyət göstərir

 

Qubanın Qamqam kənd tam orta məktəbinin müəllim kollektivi arasında koronavirusa kütləvi yoluxma halı qeydə alınmasından sonra rayonun təhsil müəssisələrində monitorinqlərə başlanılıb. AYNA-nın xəbərinə görə, Quba Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən monitorinqlər bütün məktəbləri əhatə edəcək.

 

Bununla yanaşı, rayon ərazisində COVID-19-un yayılmasının qarşısının alınması məqsədilə yaradılmış 140 mobil qrup da fəaliyyət göstərir. Dörd nəfərdən ibarət qruplar rayonun bütün yaşayış məntəqələrində mütəmadi olaraq maarifləndirmə və izahat işləri aparırlar.

 

Rayonda əhalinin çox toplaşdığı bütün yerlərdə, idarə, müəssisə, təşkilatların, ictimai-iaşə obyektlərinin binalarında və nəqliyyat vasitələrində müvafiq maarifləndirici materiallar yerləşdirilib.

Müəllif: Ayna.az      23 Sentyabr 2020 16:03
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin