Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 5-də 62,95 dollar/barel təşkil edib. AYNA Trend-ə istinadən xəbər verir ki, bu da əvvəlki göstəricidən 1,79 dollar/barel azdır.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,76 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,87 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 60,52 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel azdır.

Müəllif: Ayna.az      7 Avqust 2019 03:23
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin