Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakı polisi nəzarət-profilaktik tədbirləri davam etdirir - FOTOLAR

Bakı polisi nəzarət-profilaktik tədbirləri davam etdirir -     FOTOLAR

Qapalı yerlərdə maskadan istifadə etməyən şəxslərlə profilaktiki söhbət aparılıb

 

Paytaxtın Qaradağ rayonunda polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ərazidə növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.

 

Bakı Şəhər Baş Polis İdarəsindən AYNA-ya verilən məlumata görə, tədbir çərçivəsində ictimai nəqliyyatda və qapalı yerlərdə maskadan istifadə etməyən şəxslərlə profilaktiki söhbət aparılıb, maskası olmayan şəxslərə tibbi maskalar paylanılıb. 

 

Rayonda nəzarət-profilaktiki tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      26 Avqust 2020 02:43
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin