Lukaşenko Putinə zəng edib

Lukaşenko Putinə zəng edib

Prezidentlər arasında Belarusdakı vəziyyət müzakirə olunub

 

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinə zəng edib. AYNA-nın xəbərinə görə, məlumatı “BelTA” yayıb.

 

Prezidentlər telefon danışığı zamanı Belarusdakı vəziyyəti müzakirə ediblər.

 

Qeyd edək ki, avqustun 9-u axşam saatlarından etibarən Belarusda prezident seçkilərinin nəticələrinə etiraz olaraq vətəndaşlar aksiyalara başlayıblar. Artıq 6 gündür davam edən aksiyalar Belarusun təhlükəsizlik qüvvələrinin zorakılığı ilə müşahidə edilir. Mitinq iştirakçılarına polis tərəfindən gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edilir. Belarus hakimiyyətinə beynəlxalq qurumlar və müxalif namizəd olmuş Svetlana Tixanovskaya tərəfindən zorakılığı dayandırmaq, yeni seçkilər təyin etmək çağırışı edilir. Lukaşenko hakimiyyəti isə çağırışlara məhəl qoymur.

 

Xatırladaq ki, Belarus Mərkəzi Seçki Komissiyası (MSK) dünən seçkilərin son nəticəsini açıqlayıb. MSK-nın məlumatına görə, seçicilərin 80,1 faizi hazırkı Prezident Aleksandr Lukaşenkoya, 10,1 faizi müxalifət namizədi Svetlana Tixanovskayaya səs verib. Tixanovskaya bu nəticələri tanımadığını açıqlayıb.

Müəllif: Ayna.az      15 Avqust 2020 15:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin