Gerasimov Cənub Hərbi Dairəsinin təlimlərini yoxlayır

Gerasimov Cənub Hərbi Dairəsinin təlimlərini yoxlayır

Rusiyanın Baş Qərargah rəisi poliqonlarındakı bölmələrin praktiki fəaliyyətini yoxlayacaq

 

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Cənub Hərbi Dairəsinin qoşunlarında keçirilən xüsusi təlimləri yoxlamağa gedib. AYNA-nın APA-ya istinadən məlumatına görə, V. Gerasimov əməliyyat və döyüşə hazırlıqla bağlı kompleks tədbirlərin həyata keçirilməsi zamanı Cənub Hərbi Dairəsinin komandanının və hərbi idarəetmə orqanlarının vəzifəli şəxslərinin məruzələrini dinləyəcək.

 

Bundan başqa, Baş Qərargah rəisi Cənub Hərbi Dairəsinin poliqonlarındakı bölmələrin praktiki fəaliyyətini yoxlayacaq.

 

Qeyd edək ki, Rusiyanın Cənub Hərbi Dairəsində keçirilən, avqustun 21-dək davam edəcək xüsusi təlimlər Qafqaz 2020 strateji komanda qərargah təlimlərinə hazırlığın yoxlanılması mərhələsidir.

Müəllif: Ayna.az      13 Avqust 2020 12:35
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin