Əsas səhifə Haqqımızda Xəbər lenti

Kiyevdə banka daxil olan bombalı terrorçu zərərsizləşdirilib

Kiyevdə banka daxil olan bombalı terrorçu zərərsizləşdirilib

Zöhrab Kərimov adlı şəxs xüsusi xidmət orqanların keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib

 

Ukraynanın paytaxtı Kiyevdə banka daxil olaraq bir nəfəri girov götürən şəxs zərərsizləşdirilib. Bu barədə AYNAm xarici mətbuata istinadən məlumat verir.

 

Biznes mərkəzindəki banka daxil olan, oranı partlatmaqla hədələyən Zöhrab Kərimov adlı şəxs xüsusi xidmət orqanların keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.

 

Qeyd edək ki, hadisə bu gün Kiyevdə yerləşən Leonardo Biznes Mərkəzində baş verib. Mərkəzdə yerləşən “Universal Bank” ASC-yə daxil olan şəxs bel çantasında bomba olduğunu bildirib. Bankın əməkdaşlarından biri polisə məlumat verib. Bundan sonra hüquq-mühafizə orqanları hərəkətə keçiblər. Əvvəlcə onunla söhbət aparılıb. Bankda bir nəfəri girov götürən şəxs, Mərkəzi partladacağını deyib. Sonucda təhlükəsizlik qüvvələri terrorçunu zərərsizləşdiriblər.

Müəllif: Ayna.az      3 Avqust 2020 16:09
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin