Siyəzəndə dağlıq ərazidə yanğın: Hadisə yerinə helikopterlər cəlb edilib

Siyəzəndə dağlıq ərazidə yanğın: Hadisə yerinə helikopterlər cəlb edilib

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonunun Sədan kəndi yaxınlığında kol-kos və quru ot olan dağlıq və dağətəyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

AYNA FHN-nin saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az      31 İyul 2020 15:30
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin