Övladları 22 gündür itkin düşən 84 yaşlı kişini axtarır - VİDEO

Övladları 22 gündür itkin düşən 84 yaşlı kişini axtarır -             VİDEO

Şəmsi Babayevin itkin düşməmişdən 3 ay əvvəl pensiya kartı kiminsə əlinə keçib

 

84 yaşlı Şəmsi Babayev övladlarının olmasına baxmayaraq Salyan şəhəri Məmməd Əmin Rəsulzadə küçəsi 47-də tək  yaşayırmış. Doğmalarının dediyinə görə, başı səs-küy götürmədiyindən o, bu addımı atıbmış. AYNA “Baku” TV-yə istinadən bildirir ki, bu ilin iyulun 5-də övladlarından biri səhər saatlarında atasına yemək gətirdiyi zaman onun evdə olmadığını gördükdə narahat olub.

 

Övladları qohum-əqrəbalarından onu soraqlayıblar, gördüm deyən olmayıb. Odur ki, Salyan Rayon Polis Şöbəsinə gedərək atalarının itkin düşməsi ilə bağlı rəsmi müraciət ediblər.

 

“Günortadan sonra getdik şöbəyə ərizə verdik. Ondan sonra xəbər gəldi ki, mənim atam “Salyanstroy” yolunda heyvan bazarına gedib”. Bunu itkin düşən kişinin qızı Rasimə Ələkbərova açıqlamasında qeyd edib.

 

“Atamın əynində olan köynək olub qolu qısa, damalı. Barmağında da 14 qramlıq qızıl üzük olub”, - deyə oğlu Şahin Babayev bildirib.

 

Yaxınlarının dediyinə görə, Şəmsi Babayev itkin düşməmişdən 3 ay əvvəl bankomatdan pul çıxaran zaman pensiya kartı kiminsə əlinə keçib. Onu da bu günlərdə təsadüfən biliblər.

 

Artıq 22 gündür ki, Şəmsi Babayevdən xəbər yoxdur. Ailə üzvləri isə olduqca narahatdır. Onun barəsində məlumatı olanlardan ya polisə, ya da övladlarına xəbər vermələri xahiş olunur.

Müəllif: Ayna.az      27 İyul 2020 15:54
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin