Əsas səhifə Haqqımızda Xəbər lenti

Karantini pozaraq fəaliyyət göstərən hazırlıq mərkəzi aşkarlanıb

Karantini pozaraq fəaliyyət göstərən hazırlıq mərkəzi aşkarlanıb

Dərhal həmin mərkəzin fəaliyyəti dayandırılıb

 

Qəbələ Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, dərhal həmin mərkəzin fəaliyyəti dayandırılıb.

 

Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub. Qaydaları pozduqları üçün həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Müəllif: Ayna.az      24 İyul 2020 15:34
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin