Əsas səhifə Haqqımızda Xəbər lenti

Qusarda toy etmək istəyənlər saxlanılıb

Qusarda toy etmək istəyənlər saxlanılıb

Onlara karantin rejiminin qaydaları izah olunub

 

Qusarda toy mərasimi təşkil etmək istəyən şəxslər saxlanılıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinə rayonun Köhnə Xudat kəndi ərazisində yerləşən Aslan Hacıağayeva məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində toy mərasimin keçirilməsi barədə məlumat daxil olub.

 

Dərhal RPŞ-nin əməkdaşları adıçəkilən ünvana gələrək, toy mərasimini dayandırıblar, məclisin təşkilatçısı və digər qonaqlar saxlanılaraq, polis bölməsinə gətiriliblər.

 

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq, karantin rejiminin qaydaları izah olunub və saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.

Müəllif: Ayna.az      21 İyul 2020 17:18
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin