Fransa sərhəddəki toqquşmaları pisləyib

Fransa sərhəddəki toqquşmaları pisləyib

“Hər iki tərəfi atəşkəs rejiminə riayət etməyə və dialoqa başlamağa çağırırıq”

 

Fransa Azərbaycan - Ermənistan sərhədində baş verən silahlı toqquşmaları pisləyir, hər iki tərəfi atəşkəs rejiminə əməl etməyə və dialoqu bərpa etməyə çağırır. AYNA xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatında qeyd olunub.

 

“Fransa bazar günündən etibarən Ermənistanla Azərbaycan arasındakı sərhəddə baş verən və bir neçə nəfərin ölümünə səbəb olan silahlı toqquşmaları pisləyir. O, hər iki tərəfi atəşkəs rejiminə riayət etməyə və eskalasiyanın qarşısını almaq üçün dialoqa başlamağa çağırır”, - deyə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağda münaqişənin beynəlxalq hüquqa uyğun həllinə sadiqliyini təsdiq edir.

Müəllif: Ayna.az      16 İyul 2020 13:25
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin