ÜST koronavirusa görə Çinə ekspertlər göndərib

ÜST koronavirusa görə Çinə ekspertlər göndərib

ÜST rəsmisi: “Məqsəd virusun mənbəyini araşdırmaqdır"

 

Yeni növ koronavirusa yoluxma və ölüm sayı dünyada artarkən bir yandan da, elm adamları onun çarəsini tapmaq üçün axtarışlarını davam etdirirlər. Mütəxəssislər yoluxanları müalicə etməklə yanaşı, yoluxmanın dayandırılması üçün çalışırlar. 


AYNA xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom virusun yayılmağa başladığı mənbəyə - Çinə bir qrup mütəxəssis göndərildiyini bildirib. O, bunu İsveçrənin Cenevrə şəhərində keçirilən videokonfrans zamanı açıqlayıb: “Məqsəd virusun mənbəyini araşdırmaqdır. ÜST mütəxəssisləri çinli həmkarlarla virusun heyvandan insana necə keçdiyini araşdıracaq”.


Qeyd edək ki, ÜST “Twitter” hesabından 14 yanvarda çinli rəsmilərə söykənilərək etdiyi açıqlamada COVID-19-un insandan insana keçməsi ilə bağlı hansısa dəlil olmadığını iddi etmişdi. Həmçinin 20 yanvarda virusun daha çox heyvandan insana keçdiyini və bununla bərabər yaxın təmasda olduqda insandan-insana da keçə biləcəyini bildirmişdi. Virusun mənbəyinin araşdırılmasında 7 ay gecikmiş olduğu deyilərək tənqid olunan ÜST-ün bu addımından sonrakı nəticələrin necə olması maraqla gözlənir.

Müəllif: Ayna.az      11 İyul 2020 19:33
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin